Deputatlar bu gün toplaşırlar


Digərləri 29 Mar 2019 09:59:12 207 0

Deputatlar bu gün toplaşırlar

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda Milli Məclisin İnsan hüquqları komitəsinə yeni üzvün seçilməsi məsələsi, İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, Vergilər Məcəlləsinə, Cinayət Məcəlləsinə, "Sığorta fəaliyyəti haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Konstitusiya Məhkəməsi haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.