Gürcüstanın azərbaycanlı bələdiyyə üzvü rüşvətə görə tutuldu
Dünya 29 Mar 2019 09:21:00 273 0
Gürcüstan polisi Marneuli bələdiyyə məclisinin (sakrebulo) və "Vahid Milli Hərəkat" partiyasının üzvü Rəhim Əsgərovu rüşvətə görə tutub.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytında məlumat yerləşdirilib. İstintaq müəyyən edib ki, Əsgərov vətəndaşdan onu dövlət orqanında işə düzəltmək adı ilə 3 min lari (1,1 min dollar) rüşvət alıb.
Vətəndaş həmin məbləğin bir qismini qabaqcadan, yarısını isə daha sonra ödəməli imiş.
Mənbə: milli.az