Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək


Digərləri 29 Mar 2019 09:26:00 415 0

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Bakı. Dövlət İmtahan Mərkəzi martın 30-da Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Mərkəzdən Trend-ə verilən məlumata görə, namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılmışdır. İmtahanda iştirak etmək üçün 250 nəfər qeydiyyatdan keçmişdir. İmtahan saat 10:00-da başlayır və 3 saat davam edəcək. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunur.