Tramp Consonu Böyük Britaniyanın baş naziri vəzifəsinə namizəd qismində dəstəkləyir


Dünya 29 Mar 2019 08:53:00 274 0

Tramp Consonu Böyük Britaniyanın baş naziri vəzifəsinə namizəd qismində dəstəkləyir

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın sabiq XİN rəhbəri Boris Consonu bu ölkənin baş naziri vəzifəsinə namizəd qismində dəstəkləyir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Ağ Evdə jurnalistlərin sabiq XİN rəhbərinin baş nazir vəzifəsinə təyin edilməsinin mümkünlüyü barədə sualını cavablandırarkən deyib.

D.Tramp bildirib: "Mənim Boris Consondan çox xoşum gəlir. O, mənim dostumdur".