İnkivizisiya məhkəməsinin dəhşətli işgəncə alətləri FOTO


Digərləri 29 Mar 2019 08:37:00 872 0

İnkivizisiya məhkəməsinin dəhşətli işgəncə alətləri  FOTO

Latın dilində hərfi tərcüməsi istintaq, axtarış mənasını verən - inkivizisiya XIII-XIX əsrlərdə katolik kilsəsi nəzdində xüsusi istintaq və məhkəmə orqanı olub. Papa III İnnokenti tərəfindən təsis edilib. Bu orqanın başlıca vəzifəsi kafirlərə və cadugarlara qarşı mübarizə aparmaq olub. 1232-ci ildə Papa IX Qriqori İtaliya, Almaniya, İspaniya, Portuqaliya, Fransa, Niderlandda sonradan isə Meksika, Braziliya və Peruda daimi inkivizisiya tribunalları yaradıb.

İnkivizisiyanın qurbanları orta əsrlərin görkəmli mütəfəkkir və alimləri Yan Qus, Cordano Bruno, Qalleo Qalleo, Nikolay Kopernik olub. Orta əsrlərdə Katolik kilsələrinin çıxardığı cəza hökmləri ağır işgəncə alətləri ilə həyata keçirilirdi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Şirvanşahlar Sarayı Kompleksində İnkvizisiya - orta əsr işgəncə alətləri haqqında sərgi təşkil olunub. İtaliya Respublikası və Rusiya Federasiyasının təşkilati dəstəyi ilə ərsəyə gələn bu sərgidə orta əsrlərin Avropa ölkələrində kilsə məhkəməsinin insanlara tətbiq etdiyi cəza prosedurunun alətləri və qurğuları nümayiş edilir. "İçərişəhər" kimi tarixi məkanda, həm də orta əsr sarayında belə bir ekspozisiyanın sərgilənməsi ziyarətçilərə eyni mövzunun Şərqdə və Qərbdə necə gerçəkləşdirilməsinə dair düşünmə və müqayisə etmə imkanı verir . Ekspozisiyada qurbanlara fiziki əzab vermək, onları etiraf etməyə məcbur etmək üçün işgəncə qurğusu nümayiş edilir.

İtaliyalı kolleksiyaçı Pyer Luici Kanovinin şəxsi kolleksiyasından olan bu işgəncə alətlərinin sayı 200-ə qədər olsa da, Bakıya 70-ə yaxın müxtəlif ölçülü qurğu gətirilib. Əntiq əşyalar toplayan kolleksiyaçının əlinə ilk eksponat 40 il əvvəl keçib.

Sərgidə sorğulama kürsüsü, dartma taxtasından tutmuş kiçik ölçülü kəlbətinlərə qədər ən müxtəlif işgəncə alətləri yer alır. O dövrün ən yüngül işgəncə alətlərindən biri daha çox kişi hakimiyyətinə qaşı çıxan qadınlara qarşı istifadə olunan maskalar olub.


Xəbərə aid fotolar