Planetdə karbon qazı tullantıları tarixi maksimal həddə çatıb


Digərləri 29 Mar 2019 08:12:00 282 0

Planetdə karbon qazı tullantıları tarixi maksimal həddə çatıb

2018-ci ildə planetdə karbon qazı (CO2) tullantıları 560 milyon ton artaraq 33 milyard tondan çox olub ki, bu da tarixi maksimal hədd hesab olunur. Buna enerji ehtiyatlarına tələbatın 2,3 faiz artması və ekstremal hava şəraiti səbəb olub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında bildirilir.