Yakutiyada iqtisadiyyatın 33 sahəsində əcnəbilərin işə cəlb edilməsi qadağan olunub


Dünya 29 Mar 2019 08:19:00 255 0

Yakutiyada iqtisadiyyatın 33 sahəsində əcnəbilərin işə cəlb edilməsi qadağan olunub

Yakutiyanın rəhbəri Aysen Nikolayev 2019-cu ildə iqtisadiyyatın 33 sahəsində əcnəbilərin işə cəlb edilməsinin qadağan olunması barədə fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Yakutiyada miqrantların ticarət, sərnişin daşınması, ərzaq məhsulları, içkilər və paltar istehsalı ilə məşğul olması, hüquq, mühasibat uçotu, memarlıq və mühəndis-texniki layihələşdirmə, elmi tədqiqatlar və araşdırmalar sahəsində işləməsi qadağan edilib.