İspaniyada piratların internetdə kino saytlarına girişi məhdudlaşdırılıb


Dünya 29 Mar 2019 07:48:00 221 0

İspaniyada piratların internetdə kino saytlarına girişi məhdudlaşdırılıb

İspaniya məhkəməsi telefon istifadəçilərin internet üzərindən filmləri izləməsini məhdudlaşdırıb. Ölkədə fəaliyyət göstərən "Telefonica", "Vodafone" və "Orange" mobil operatorlarına beş film saytlarına girişə qadağa qoyulub. Telekommunikasiya operatorları artıq saytların girişinə olan icazəni dayandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, burada söhbət zərərli internet səhifələrindən gedir. Böyük gəlirlər əldə edən bir çox yerli saytlar qanunsuz olaraq filmləri öz web-saytlarında yerləşdirirlər. Məhkəmənin hökmü "Columbia", "Disney", "Paramount", "Fox", "Universal" və "Warner" kimi kino və telestudiyaların tələbi ilə qüvvəyə minib.