Çində robot keşikçi sınaqdan keçirilir


Digərləri 29 Mar 2019 06:30:00 216 0

Çində robot keşikçi sınaqdan keçirilir

Pekində ucaldılmış Meyyuan yaşayış kompleksində Pekin Avtomatlaşdırılmış Aerokosmik İdarəetmə İnstitutunun mühəndisləri tərəfindən hazırlanmış "Meibao" adlı robot keşikçi sınaqdan keçirilir. Robot gecələr yaşayış kompleksinin ərazisinə keşik çəkəcək, şübhəli insanları müəyyənləşdirdikdə bu barədə polis işçilərinə məlumat verəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu robot keşikçini əvəz edəcək: o, gecələr yaşayış kompleksinin ərazisinə keşik çəkəcək və sifətin tanınması texnologiyasının köməyi ilə sakinləri müəyyənləşdirəcək. "Meibao" adlı robot ərazidə kənar insan görüb onu şübhəli hesab etdikdə dərhal idarəetmə mərkəzinə siqnal göndərəcək.