Aktrisa sirk tamaşalarında heyvanların çıxışının əleyhinədir


Digərləri 29 Mar 2019 04:30:00 230 0

Aktrisa sirk tamaşalarında heyvanların çıxışının əleyhinədir

Məşhur amerikalı kinorejissor Tim Uolter Bertonun "Dambo" adlı yeni filmində əsas rollardan birini ifa edən aktrisa Yeva Qrin hesab edir ki, sirk tamaşalarında heyvanlar iştirak etməməlidir. Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, aktrisa bunu TASS agentliyinə müsahibəsində bildirib.

O deyib: "Bizim filmin heyvanlar çıxış etməyən sirkin tərəfində olması mənim xoşuma gəlir. Məncə, sirklərdə yalnız insanlar çıxış etməlidirlər. Məsələn, götürək "Cirque du Soleil" sirkini. Hər şey necə də gözəldir, əsl magiyadır. Hamımız istəyirik ki, heyvanlar xoşbəxt olsun, əziyyət çəkməsinlər".

Yeni filmdə havada hərəkət edən akrobat rolunu ifa edən Y.Qrin vurğulayıb: "Kinematoqraf bizə başqa dünyalara baş vurmaq imkanı yaradır. Məsələn, filmdə siz havada hərəkətlər edən akrobat ola bilərsiniz. Amma bu rolu ifa etmək üçün dünyanın ən yaxşı sirk ustaları ilə çalışaraq, onların sənətini öyrənməlisiniz. Bu da özlüyündə inanılmaz bir işdir".


Xəbərə aid fotolar