İspaniya iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi rekord səviyyəyə çatıb


Dünya 29 Mar 2019 02:30:00 242 0

İspaniya iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi rekord səviyyəyə çatıb

Ötən ilin yekunlarına görə, İspaniya iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 46,827 milyard avro məbləğində rekord göstəriciyə çatıb ki, bu da 2017-ci ildəkindən 71 faiz çoxdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, söhbət konkret biznes və sənaye obyektlərinə - zavodların açılmasına, səhmlər əldə olunması yolu ilə müəssisə üzərində nəzarətdə iştiraka, daşınmaz əmlak alınmasına, yaxud yeni iş yerləri yaradan biznesin təşkil edilməsinə yatırılan birbaşa investisiyalardan, yəni əsasən İspaniyanın maliyyə-iqtisadi durumunun bərpa olunmasına yönəldilmiş uzunmüddətli layihələrdən gedir. Bu, ilk növbədə, xarici investorların 2018-ci ildə ən çox vəsait yatırdıqları Madrid, Araqon, Kastiliya-La-Mança, La-Rioxi və Navarra muxtar birliklərinə aiddir.