Acıdil insanı gözləyən aqibət


Digərləri 28 Mar 2019 23:55:00 250 0

Acıdil insanı gözləyən aqibət

Mərhum Kuleyninin "Kafi" kitabında bəhs etdiyi mövzulardan biri də acıdilli insanların aqibəti barəsindədir.

Bu dəyərli kitabda acıdilli insanlarla bağlı gələn iki hədisə işarə edəcəyik. Hər iki hədisi İmam Sadiq (ə) buyurmuşdur.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "Ən mənfur insan o kəsdir ki, insanlar onun dilindən qorxsunlar". Misal üçün xanım və uşaqları atalarının dilindən qorxsunlar. Ya dostlar hansısa dostunun acı dilindən çəkinsin.

İmam Cəfər Sadiq (ə) sonrakı hədisdə buyurur: "O kəs ki, insanlar onun dilindən qorxarlar - atəşdə olar".

Bu iki hədis qəlblərimizi titrədir və acıdilli olmağın dünya və axirət ziyanlarından qısa da olsa, bizə xəbər verir. Buyurur ki, əgər acı dilli olsan, insanlar səndən qorxacaq və qaçacaqlar. Çalışacaqlar ki, səninlə əlaqə saxlamasınlar. Hər cür rabitə qurmaqdan qorxacaqlar. Çünki acı dilin onlara əziyyət verər.