Azərbaycan nefti bahalaşır


Digərləri 28 Mar 2019 23:42:00 178 0

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 27-də 69,46 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,08 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,62 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,19 dollar/barel çoxdur.