Hətta ən az miqdarda qırmızı ət xərçəng riskini artırır


Digərləri 28 Mar 2019 23:25:00 207 0

Hətta ən az miqdarda qırmızı ət xərçəng riskini artırır

Yəqin ki, bir çoxları qırmızı və işlənmiş ətin sağlamlıq üçün zərərli olduğunu bilir. Onlar kanserogen olmaqla yanaşı həm də ürək-damar xəstəliklərinə və vaxtından əvvəl yaşlanmaya səbəb olur.

Son.az medicina.az-a istinadən bildirir ki, aparılan hər bir araşdırmada ətdən həddən çox istifadə ilə ondan tamamilə imtina edərkən yaranan fərqlər nəzərə alınır.   Bəs görəsən ətdən lap az miqdarda istifadə olunarsa o yenə də zərərli olarmı?

Cənubi Kaloforniyada yerləşən Loma Linda universitetinin mütəxəsissləri 11 il müddətində 96000 insan üzərində müşahidələr aparıblar.