Padşahın yoxsula, yoxsulun isə padşaha nə kimi ehtiyacı var?


Digərləri 28 Mar 2019 22:20:00 223 0

Padşahın yoxsula, yoxsulun isə padşaha nə kimi ehtiyacı var?

İmam Həsən Əsgəri (ə) "Zuxruf" surəsinin nazil olması barəsində nəql edir: "Bir gün Peyğəmbər (s) Kəbənin kölgəsində əyləşmişdi. Abdullah ibni Üməyyə, Həzrətə (s) dedi: "Əgər Allah bizim aramızdan rəsul məbus etmək istəyirdisə, elə bir kəsi məbus edərdi ki, hamıdan daha zəngin olardı. Niyə bu Quran ki, Allah tərəfindən sənə nazil olmasını zənn edirsən və onun vasitəsilə sənə risalət vermişdir, bu şəhərin iki böyük şəxsiyyəti olan Vəlidə və Ürvəyə nazil olmamışdır?"

Son.az deyerler.org-a istinadən bildirir ki, bu zaman həmin surə nazil olur və Həzrət (s) onun cavabını bu surə ilə verir. "Həmçinin dedilər: "Nə üçün bu Qur'an bu iki şəhərin birindən (mal-dövlət və məqam sahibi olan) böyük bir kişiyə (Məkkədən Vəlid ibn Muğeyrəyə və Taifdən Urvə ibn Məsuda) nazil edilməyib?!".

Məgər sənin Rəbbinin (peyğəmbərlik, hidayət və cəmiyyətin tərbiyəsi kimi) mərhəmətini onlar bölüşdürürlər (ki, istədiklərinə versinlər)?! Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük və (maddi və mənəvi kamilliklər baxımından) onların bəzilərini bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər (və nəticədə bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın).

Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilayət və din), onların topladıqlarından daha yaxşıdır". ("Zuxruf"31-32)".

İmam Həsən Əsgəri (ə) davam edərək buyurur: "Nəticədə görürsən ki, ən böyük və ən zəngin padşahlar belə, ən yoxsul olan yoxsullara möhtac olur. İstəyərlər ki, əllərində olan malı onlar alsınlar.

Əgər həmin yoxsul olmasaydı, o padşahın malı islah olmazdı. Ya yoxsul malik olduğu elm və əldə etdiyi hikmətdən istifadə edərək, padşahı özünə möhtac edər. Həm yoxsulun padşahın malına ehtiyacı vardır və həm də padşahın yoxsulun elminə və hikmətinə.