Kredit borcu olanlara ŞAD XƏBƏR:


Digərləri 28 Mar 2019 22:04:00 287 0

Kredit borcu olanlara ŞAD XƏBƏR:

Problemli kreditlərlə bağlı elektron portal hazırlanıb. İstənilən şəxs portaldakı müvafiq bölməyə daxil olmaqla alacağı kompensasiya məbləğini öyrənə bilər. Bu barədə məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasında keçirilən təqdimat mərasimində verilib. Qeyd edilib ki, bu gündən aprelin sonunadək vətəndaşlara sms göndəriləcək və onlar növbəli şəkildə banka çağırılacaqlar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, problemli kreditlərlə bağlı kompensasiya veriləcək şəxslərin siyahısı açıqlandı...

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən problemli kreditlərlə bağlı elektron portal hazırlanıb. Təqdimat mərasimində bildirilib ki, portalda hesablanmış kompensasiya məbləği ilə yanaşı, məbləğin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətəndaşa çatan hissəsi, həmçinin, restruktrizasiya güzəştinin şamil olunacağı cari kreditlər barədə məlumatlar var.