Ehtiyatlı olun: Bakıda saxta bank işçiləri peyda olub


Digərləri 28 Mar 2019 22:06:00 290 0

Ehtiyatlı olun: Bakıda saxta bank işçiləri peyda olub

Xarici ölkədə fəaliyyət göstərən bank adından Bakıda vətəndaşa qarşı dələduzluq etmək istəyiblər.

Hadisə Yardımlı sakini Nail Ağaverdiyevin başına gəlib. ''Xəzər Xəbər''ə müraciət edən həmin şəxs deyir ki, bir neçə gün əvvəl sosial şəbəkədə ona Samira adlı bir qadın yazıb. Qadın Fransadakı banklardan birinin əməkdaşı olduğunu deyərək, Nail Ağaverdiyevə kredit götürməyi təklif edib. Nail Samira adlı qadından 5 min dollar götürmək istədiyini deyib. Qadın onunlatürk dilində yazışdıqdan sonra mobil telefon nömrəsini istəyib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bir neçə dəqiqə sonra ''+229 60 46 11 22'' nömrəli mobil telefondan Nail Ağaverdiyevə ''votsap''dan mesaj gəlib. Özünü Fransada bank müdiri kimi qələmə verən şəxs Nail Ağaverdiyevin ad və soyadına yazılmış və möhürlü bir müqavilə sənədi göndərib. Məlumat verib ki, həmin müqavilə sənədini çap edərək imzalasın və təkrar mobil telefon vasitəsilə şəklini çəkib onlara göndərsin. Ardından isə 143 dolları ödəmək üçün bir hesab nömrəsi göndərib.