Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən


Digərləri 28 Mar 2019 22:08:00 266 0

Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən

Müəllimlər müddətsiz müqavilə bağlaya biləcəklər. Bunun üçün onlar xüsusi müsabiqədən keçməlidirlər. Müsabiqəyə sənəd qəbulu isə 1-5 aprel tarixlərində olacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, əmək müqaviləsi hansısa konkret tarixədək olan müəllimlər bu müqaviləni müddətsiz edə biləcəklər. Bunun üçün Təhsil Nazirliyi yeni müsabiqə keçirəcək.

Nazirlik ölkənin ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlər ilə müddətsiz əmək müqaviləsinin bağlanılması üçün yeni müsabiqəyə start verir. Nazirliyin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirir ki, müsabiqədə iştirak etmək üçün müəllimlər tələb olunan meyarlara cavab verməlidirlər.