İnsanın Bərzəx gözü necə olur?


Digərləri 28 Mar 2019 22:10:00 237 0

İnsanın Bərzəx gözü necə olur?

Bərzəx gözü deyildikdə, bəsirət nəzərdə tutulur. Bəli, insan elə bir məqama çata bilər ki, bəsirət gözü açılsın və qeyb aləminin həqiqətlərini batini gözü ilə görə bilsin. İlahi nuru müşahidə etsin.

Ancaq bərzəx gözünə malik olmaq - asan bir iş deyildir. Bunun üçün insan öz nəfsi üzərində işləməli və nəfsini islah etməlidir. Dünyaya olan məhəbbətini azaltmalı, Allaha diqqətini artırmalıdır. Hər an Allah zikri ilə məşğul olmalı və Onu yaddan çıxartmamalıdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, bəsirət gözünə malik olmaq istəyən insan qəzəbinə hakim olmalıdır.

Qəzəb onu alovlandıran zaman, onu yatızdırmağı bacarmalı və başqalarına ziyan vurmamalıdır. Bu cür insan şəhvətini kontrol etməli və haram baxışlardan çəkinməlidir. Qulağına da nəzarət etməli və hər sözü eşitməyi sevməməlidir.

O zaman ki, insan ruhu bədənə hakim olar, bu zaman diqqətini daha tez cəmləyib, qəlb hüzuru əldə etmək qabiliyyətinə malik olar.