Ölkənin quşçuluq fabrikləri ət istehsalında çətinlik çəkir


Digərləri 28 Mar 2019 21:52:00 249 0

Ölkənin quşçuluq fabrikləri ət istehsalında çətinlik çəkir

Azərbaycanın quşçuluq fabrikləri quş əti istehsalında çətinliklərlə üzləşir.

Son.az bildirir ki, bunu Trend-ə "İsmayıllı Quşçuluq" ASC-nin direktoru Zahid Qardaşov deyib.

Onun sözlərinə görə, bu sahənin aktual problemi damazlıq yumurta tədarükündə dövlət nizamlanmasının olmamasıdır:

"Ölkədə fəaliyyət göstərən bir neçə təsərrüfat tərəfindən tədarük olunan damazlıq yumurtalar ikinci nəsil yumurtalardır. Birinci nəsil damazlıq yumurtalar demək olar ki, tədarük olunmur. Hesab edirəm ki, dövlət bu prosesi nəzarət altına almalıdır, çünki nizamlanmanın olmaması bu sahənin inkişafını ləngidir. Hələlik isə bu sahədə hər hansı bir addım atılmır".