Bu obada cəmi bircə şagird var, o da hər gün


Digərləri 28 Mar 2019 21:59:00 209 0

Bu obada cəmi bircə şagird var, o da hər gün

Bərdə rayonunda müvəqqəti məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün 13 yaşlı Əli Rəsul oğlu Hümbətov məktəbə getmək üçün hər gün təxminən 5 km aralıda yerləşən Zərdab rayonuna üz tutur.

Son.az oxu.az-a istinadən bildirir ki, məktəb yolunun bir hissəsi  Kür çayından keçir. Bizimlə söhbətində Əli Hümbətov bildirdi ki, 5 ildir Kür çayını qayıqla keçərək Zərdab rayonunun Miqdar Umudov adına Xasa kənd orta məktəbinə gedir Bu illər ərzində havanın isti və soyuq olmasına baxmayaraq çalışıb ki, dərsdən qalmasın.

Ancaq hava küləkli olanda Kür çayı keçilməz olur. Belə hava şəraitində Əli məcburən dərsdən qalsa da, sinif yoldaşları və müəllimləri keçmədiyi dərsləri öyrənməkdə ona köməklik edirlər.

Səhər saat 7 də evdən çıxan 5-ci sinif şagirdi bir saat sonra, saat 8 də məktəbdə olur. Məsafə uzun olsa da, dərsə gəcikmir. Əksinə hamıdan tez məktəbdə gəlir. Dərslərini yaxşı oxuyan Əli əlaçıdır.O, gələcəkdə polis olmaq istəyir.