Üç ay şərab iç və doqquz ay təqvalı ol nə deməkdir?


Digərləri 28 Mar 2019 21:50:00 344 0

Üç ay şərab iç və doqquz ay təqvalı ol nə deməkdir?

Hafizin şeirində bir beyt vardır ki, buyurur: "Üç ay şərab iç və doqquz ay təqvalı ol".

Hacı İsmayil Dulabi bunun izahında deyir ki, bu ürfani beytin təfsiri belədir ki, Rəcəb, Şəban və Ramazan ayları - məhəbbət əhlinin fəsilləridir. Bu üç ay kifayətdir ki, qalan doqquz ay üçün məhəbbət şərabını içəsən və son məqsəd üçün azuqə toplayasan.

Son.az deyerler.org-a istinadən bildirir ki, yəni, bu 3 ayda içilən İlahi məhəbbət şərabı, təqva içkisi, ibadət aşiqliyi qalan 9 ayda təqvalı həyat sürmək üçün bəs edər, inşəallah. Başqa sözlə, bu ayların mənəvi tutumu o qədərdir ki, bütün il boyu təqvalı yaşamaq üçün azuqə toplamağa bəs edər.

O zaman ki, Seyyid ibni Tavusun "İqbal"ına nəzər salırsan, görürsən ki, Rəcəb ayının gecələri və gündüzləri barəsində nə qədər savab və əcr olduğunu yazmışdır. Biz bu qəlbimizi o qədər qaraltmışıq ki, tövbə suyunu axtarırıq. Elə şeyin axtarışındayıq ki, gizlətdiyimiz şeylərin üzərini örtə bilsin. Bu əməllər üçün Rəcəb ayında misilsiz fürsətlər qoyulmuşdur.

Rəcəb ayı elə bir aydır ki, insanla Yaradan arasında pərdələr azalar, bu rəngli və riyalı həyat Allah rəhmətinin nişanəsinə çevrilər.