Qazaxıstanda “Mi 8” helikopterlərinin uçuşu dayandırıldı


Dünya 28 Mar 2019 21:36:00 208 0

Qazaxıstanda “Mi 8” helikopterlərinin uçuşu dayandırıldı

Qazaxıstanda dünən 13 nəfərin öldüyü helikopter qəzasından sonra "Mi 8" modellərinin uçuşu müvəqqəti olaraq dayandırılıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Qazaxıstan müdafiə naziri Murlan Yermekbayevin təlimatına əsasən qəzanın səbəbi müəyyənləşdirilənə qədər bu helikopterlərin havaya qalxmasına icazə verilməyəcək.