Qiyamət günü Peyğəmbərə ən yaxın olanlar kimdir?


Digərləri 28 Mar 2019 21:20:00 201 0

Qiyamət günü Peyğəmbərə ən yaxın olanlar kimdir?

Bəziləri belə hesab edir ki, ancaq namaz qılmaq, oruc tutmaq, həccə getmək bu kimi mübarək işlər ibadət hesab olunur.

Halbuki, insanlara diqqət edib, onların ehtiyacını aradan qaldırmaq da ən üstün ibadətlərdən hesab olunur. Dinimiz buyurur ki, mömin laqeyd olmamalıdır. Yanında can verən insana qarşı heç bir əməl nümayiş etdirmirsə - o şəxs dindən xaric olmuş deməkdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Ən abid insan o kəsdir ki, insanlara qarşı başqalarından daha çox xeyirxah olar. Bütün müsəlmanlara qarşı sağlam qəlbli və səfalı olar".

Ona görə də hər kim başqalarına xidmət edərsə, əmin olsun ki, Allaha ibadət etməklə məşğuldur.

Həzrət Peyğəmbər (s) buyurur: "Müsəlmanlar bir-biri ilə qardaşdırlar. Qanlarının qanının dəyəri də bir-biri ilə bərabərdir. Onların ən kiçik fərdinin belə verdiyi aman və öhdəçilik - hamısı üçün möhtərəmdir. ...".

Ona görə də bir müsəlman başqa müsəlmanın narahatlığına qarşı laqeyd olmamalıdır. Əksinə, əlindən gələn qədər ona xidmət etməli və ehtiyacını aradan qaldırmalıdır.