Qaradağda Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi qeyd edilib (FOTO)


Digərləri 28 Mar 2019 21:14:16 196 0

Qaradağda Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi qeyd edilib (FOTO)

Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Bakı. Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi və 28 mart – Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı günü münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Dövlət Təhlükəsizlik Xidmətinin Qaradağ rayon şöbəsinin əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə açan S.Mikayılov Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi və 28 mart – Dövlət Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı münasibətilə bütün orqan işçilərini təbrik etmişdir.