Təvazökarlığın əlamətləri, dərəcələri və bərəkətləri


Digərləri 28 Mar 2019 21:10:00 237 0

Təvazökarlığın əlamətləri, dərəcələri və bərəkətləri

Təvazökarlıq odur ki, insan, müəyyən meyarlar üzrə ondan daha aşağı məqamda olanlardan özünü üstün bilməsin. Təvazö sözü "vəz" sözündən götürülmüşdür və mənası özünü kiçik nişan verməkdir. Lakin təvazökarlıq - qətiyyən özünü xar və zəlil etmək demək deyildir. Başqa sözlə desək, insan sadə olmalıdır və başqaları qarşısında təkəbbür etməməlidir. Eyni zamanda da özünü xar və zəlil hala salmamalıdır.

Zəlillik insan şəxsiyyətinin təhqir olması deməkdir. Ona görə də dinimiz bəyənmir ki, bəndəsi özünü xar və zəlil hala salsın.

Son.az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərimin möminə yaraşdırdığı və mədh etdiyi sifətlərdən biri də təvazökarlıqdır. "Rəhman (olan Allah)ın (həqiqi)bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman "salam" (xoş və yumşaq söz) deyən kəslərdir". ("Furqan" 63).

İmam Rza (ə) təvazökarlıq haqqında buyurur: "Təvazökarlığın dərəcələri vardır. O cümlədən, insan öz qədrini bilməlidir, sağlam qəlblə yerində əyləşməlidir.

Heç kəsə tərəf getməyi sevməməlidir, məgər o halda ki, ona tərəf gələrlər.

Əgər pislik görərsə, onu yaxşılıqla örtər. Qəzəbini yatızdıran və insanların (xatasından) keçən olar.

Allah yaxşı əməl sahiblərini sevir".