Cəlilabadda maraqlı tapıntı


Digərləri 28 Mar 2019 20:34:00 205 0

Cəlilabadda maraqlı tapıntı

Cəlilabadda kənd sakinləri təsərrüfat işləri görərkən maraqlı maddi mədəniyyət nümunələri aşkar ediblər. 

Son.az Oxu.az-a istinadən bildirir ki, bunlar arasında  ən maraqlısı  dəmirdən hazırlanmış döyüş baltasıdır.

Rayonun Şatırlı kəndində aşkarlanmış maddi mədəniyyət nümunələrinin əksəriyyəti daşdan hazırlanmış əşyalardır.

Onlardan birinin üzərində xüsusi damğa var ki, tarixçilərin sözlərinə görə bu adam mənasını ifadə edir.

Tarixi mənbələrdə bu tip nümunələrə Altay və Şərqi Anadolu əraziləri boyunca da rast gəlinir. 


Xəbərə aid fotolar