78 qadın öldürən rus polisin dəhşətli sözləri: “Həyatımı təmizləyirdim”


Dünya 28 Mar 2019 20:29:00 247 0

78 qadın öldürən rus polisin dəhşətli sözləri: “Həyatımı təmizləyirdim”

Rusiyada qadınları qətlə yetirdiyi üçün ömürlük həbs cəzası alan sabiq polis Mixail Popkov daha 56 cinayət üzrə günahkar bilinib. Popkovun ən azı 78 qadını öldürdüyü açıqlanıb.

Son.az Teleqraf.com-a istinadən xatırladır ki, Mixail Popkov hələ 2018-ci ildə törətdiyi serial qətl hadisələri ilə Rusiyanın bir nömrəli qatili adını alıb.

1994-2000-ci illər arasında 22 qadını öldürdüyü üçün ömürlük cəza alan Popkov sonradan daha 56 qadının qətlində ittiham edilib.

Popkov bundan əvvəlki məhkəmədə 59 xanımı öldürdüyünü etiraf etmişdi.