DİQQƏT! Yazda bu şəxslər ehtiyatlı olmalıdır


Digərləri 28 Mar 2019 20:14:00 210 0

DİQQƏT! Yazda bu şəxslər ehtiyatlı olmalıdır

"Mövsümindən asılı olaraq hava şəraitinə görə xəstəliklər dəyişir. Hazırda yaz fəsli olduğu üçün allergik və asmatik xəstələr daha həssas olurlar".

Son.az bildirir ki, bunu Metbuat.az-a açıqlamasında həkim-terapevt Nahid Məhərrəmov deyib. O bildirib ki, yaz fəslində ağacların çiçəklənmə dövrü olduğundan allergik insanlarda risk faktorları artır. Tozlanma baş verdikcə, toza qarşı allergiyası olanlarda burun axması, öskürək, qaşınma, gözdən su axma, nəfəs yollarında tutulma, tənginəfəslik, boğulma, halsızlıq əlamətləri ola bilər. Bu cür hallarda insanlar mütləq həkim allerqoloqa müraciət etməlidir.

Həkim əlavə edib ki, allergik və asmatik reaksiyası olanların immun sistemi zəif olduğu üçün virus və infeksiyalara daha tez məruz qalırlar. Bu cür xəstələr fəsil dəyişikliyi zamanı daha ehtiyatlı olmalıdır.