İranın bu vilayətində 300 körpü dağıldı


Dünya 28 Mar 2019 19:27:00 188 0

İranın bu vilayətində 300 körpü dağıldı

"İranın qərbində Kirmanşah vilayətində sel və daşqınlar nəticəsində kəndlərarası 300 körpü dağılıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Kirmanşah vilayəti yol və yol nəqliyyatı idarəsinin baş direktoru Fəriborz Kərəmi deyib.

F.Kərəminin sözlərinə görə, körpülərin dağılması vilayətə 1,8 trilyon rial (təxminən 42,8 milyon dollar) ziyan vurub.