ƏlətHacıqabul yolunda təmir işlərinə başlanacaq


Digərləri 28 Mar 2019 19:01:00 219 0

ƏlətHacıqabul yolunda təmir işlərinə başlanacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Ələt-Hacıqabul yolu ilə bağlı yayılan məlumatlara cavab verib.

Son.az bildirir ki, Agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Ələt-Hacıqabul hissəsinin tikintisinə 2000-ci ildə imzalanmış müqavilə əsasında 2001-ci ildə başlanılmış və 2004-cü ildə tikinti işləri başa çatdırılıb:

"II texniki dərəcədən I texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilən yol 45 km uzunluğa malikdir. Yol üzərində 2 yeraltı piyada keçidi və 7 körpü tikilərək istifadəyə verilib. Magistral yolun Ələt-Hacıqabul hissəsinin tikintisinin maliyyəıəşdirmə mənbəyi Küveyt Fondu və İslam İnkişaf Bankı olub.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Ələt-Hacıqabul hissəsi 15 ilə yaxın müddətdə istismar olunmasına baxmayaraq bunun üçün ciddi zərurət yaranmadığı üçün sözügedən yolda indiyə qədər orta və əsaslı təmir işləri həyata keçirilməyib.

Halbuki ümumi istifadədə olan avtomobil yollarında sərt olmayan yol geyimlərinin və süni qurğuların təmirlərarası xidmət müddətləri normalarına əsasən, orta və əsaslı təmir işləri avtomobil yollarının texniki dərəcəsindən, gün ərzində nəqliyyat axınının orta hərəkət şiddətindən, yol geyimlərinin tipindən və yol-iqlim rayonlaşmasından asılı olaraq həyata keçirilir.