“Evdəkilər bilmirdi, gizlətmişdim” Hava almağa gedib, silah tapan şəxs


Kriminal 28 Mar 2019 18:59:00 284 0

“Evdəkilər bilmirdi, gizlətmişdim”  Hava almağa gedib, silah tapan şəxs

Salyan sakinindən narkotik maddə və odlu silah aşkar edilərək götürülüb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər sakini 41 yaşlı Mais Əliyev saxlanılıb.

Polis şöbəsində onun üzərinə şəxsi baxış keçirilərkən iki ədəd, sellofan bükümlərdə, ümumi çəkisi 5,144 qram heroin götürülüb. Əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşamış Mais Əliyevin cinayət əməli bununla yekunlaşmayıb.

Rza Məmmədov - RPŞ-nin müstəntiqi: "Mais Əliyevin yaşadığı evdə aparılan axtarış zamanı yataq otağında, sandıqçanın içərisindən sellofana bükülmüş 1 ədəd qundağı kəsilmiş odlu silah və ona məxsus 14 ədəd patron və darağı aşkar edilərək götürülüb".


Xəbərə aid fotolar