Gündə neçə fincan qəhvə içə bilərik?


Digərləri 28 Mar 2019 18:39:00 212 0

Gündə neçə fincan qəhvə içə bilərik?

Çoxumuz günə onunla başlayırıq. Bir fincan qəhvə içməmiş ayılmır, özümüzə gələ bilmirik. Bunun isə elmi bir səbəbi var: Kafein enerji verir və ürəyə xeyirdir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bunu Düsseldorf Universitetinin qəhvə üzrə təcrübə aparan mütəxəssisləri iddia edir.

Etdikləri araşdırmanın nəticəsi olaraq qəhvənin ürək damarlarına uyğun olduğunu, hətta çox fayda verəcəyini deyirlər. Çəki problemi yaşayanlar və diabet ilə mübarizə aparanlara da qəhvə içməkləri tövsiyyə olunur.

Bəs gün ərzində nə qədər qəhvə içmək olar? Mütəxəssislər deyir ki, gündə 4-6 fincan qəhvə içmək idealdır. Əgər 4 dəfədən az qəhvə içirsinizsə, bunu artırmalısınız.