Türkiyədə çoxuşaqlı azərbaycanlını öldürən şəxs məhkəmə qarşısında


Dünya 28 Mar 2019 18:09:00 224 0

Türkiyədə çoxuşaqlı azərbaycanlını öldürən şəxs məhkəmə qarşısında

Türkiyədə dörd uşaq anası azərbaycanlı Saibə Yüksəliri öldürən sevgilisi 46 yaşlı kolleksioner Rahim Aracının məhkəməsi başlayıb. 

Son.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən il iyulun 24-də Konyanın Karatay rayonunun Fevzi Çakmak məhəlləsində baş verib.

Cinayətdən bir neçə gün əvvəl üç uşaq anası və həyat yoldaşından boşanmış Saibə Rahimin iş yerinə gəlib. O, sevgilisindən arvadını boşamağı tələb edib. Bu zaman tərəflər arasında mübahisə düşüb və hadisə yerinə polis çağırılıb. Cütlük bir-birindən şikayətçi olmadığını bildirib. 

Rahim iyulun 24-də avtomobili ilə iş yerinə gəldiyi vaxt tapança ilə Saibəyə səkkiz dəfə atəş açıb və onu maşından ataraq, hadisə yerindən qaçıb. Saibə Yüksəlir isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən 25 gün sonra R.Aracı saxlanılıb və o, əməlini etiraf edib. Məlumatlara görə, o, Qurban bayramı ərəfəsində suriyalı qaçqınların arasında ölkədən qaçmaq istəyib. 

R.Aracı ilk ifadəsində qadının özünü vurduğunu iddia edib:

"Saibə 150 min lirəyə Konyada ev almışdı. Atam orada qalırdı. Daha sonra o, evi satmaq qərarına gəldi və aramızda mübahisə düşdü. Silahı götürüb onu qorxutmaq istədim. O, silahı əlimdən alıb özünə atəş açdı, mən də onu avtomobildən atıb hadisə yerindən uzaqlaşdım". 


Xəbərə aid fotolar