Radio aparıcısı Murad Dalkılıçı biabır etdi


Şou-biznes 28 Mar 2019 17:49:00 312 0

Radio aparıcısı Murad Dalkılıçı biabır etdi

Radio aparıcısı Mişel Kuyucu "Twitter" hesabında Murad Dalkılıçı işarələyərək Alpayın mahnı oxuduğu videonu paylaşıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı paylaşımın altında Dalkılıçın sənətlə məşğul olmadığını və televiziya proqramlarında sadəcə, lağlağa etdiyini yazıb.   Bir sosial şəbəkə istifadəçisindən "Sən çox danışmağa başlamısan" rəyi alan Kuyucu "Növbəti dəfə sən və Murad cavabınızı alacaqsız" yazıb.  Dalkılıç bu sözlərdən sonra Kuyucuya "Mənə bax! Sən tərbiyəsizliyin həddini aşdın. Kimlərəsə dil uzatmağı bu qədər rahat bilirsənsə, sənə uzanan dillərə də dözməlisən. Səndən 20 yaş balaca insanlara bu cür örnək olursan?" cavabını verib.  Həmçinin müğənni Kuyucunun dərs dediyi universitetə də "Bu cür insanlara gəncləri əmanət edirsiz?" deyə çağırış edib.