"İlhamənin sağlığında qorxurdular, indi Floranı kraliça ediblər"


Şou-biznes 28 Mar 2019 17:14:00 298 0

"İlhamənin sağlığında qorxurdular, indi Floranı kraliça ediblər"

Prodüser Tarix Əliyev (Tolik) xalq artisti Flora Kərimova ilə müğənni müğənni Afət Fərmanqızı qalmaqalından danışıb. 

Son.az axşam.az-a istinadən bildirir ki, Tolik "Hər şey daxil" verilişində F.Kərimovanı müdafiə edənləri qınayıb: "İlhamənin vaxtında Floraya kraliça deyə bilməyənlər, indi onu kraliça ediblər. Afəti izləməyin, gedin Flora Kərimovanı izləyin, edin İnstaqramında 1 milyon izləyici.  İllərlə efirə çıxmadı, amma xalq onun mahnılarını dinlədi. Ona görə də bu gün elə çıxışlar etmək lazım deyil.  3 aydır Flora xanımla Afət arasında dava gedir. Heç kim onu dəstəkləmirdi. Brilliant Dadaşova çıxıb Flora Kərimovanı dəstəkləyəndən sonra hamı başladı paylaşım etməyə. Ondan əvvəl edərdiniz bunu".