Təhsil kreditləri almaq istəyənlər üçün müddət uzadıldı


Digərləri 28 Mar 2019 17:19:00 300 0

Təhsil kreditləri almaq istəyənlər üçün müddət uzadıldı

"Maarifçi" Tələbə Kredit Fondunun təhsil kreditlərinin verilməsi üçün elan etdiyi müddət uzadılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, mart ayında qeyri-iş günlərinin olması nəzərə alındığı üçün elanın müddəti 20 aprel 2019-cu ilədək davam edəcək:

"Kredit almaq üçün tələbələrin Fondun veb-saytından (www.maarifci.az) elektron müraciət etmələri kifayətdir. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub".