Deputat: "Nəticə çıxarmalıyıq, sığortalanmalıyıq"


Digərləri 28 Mar 2019 16:57:00 165 0

Deputat: "Nəticə çıxarmalıyıq, sığortalanmalıyıq"

"Prezident İlham Əliyev, demək olar ki, heç bir ölkənin təcrübəsində rast gəlinməyən növbəti alicənab addım atıb. "Diqlas" ticarət mərkəzindəki yanğından zərər çəkənlərə kompensasiya veriləcək.

Yaxşı, birdən bu ölkənin başında cənab İlham Əliyev kimi son dərəcə humanist bir lider deyil, başqa biri dursaydı, onda necə olacaqdı? 

Bəli, cənab prezident sözügedən ticarət mərkəzində malları yanıb kül olan, əlləri hər yerdən üzülən sahibkaralara əl uzatdı. Ancaq biz cəmiyyət olaraq bundan gərəkən nəticə çıxarmalıyıq".

Son.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib.