Azərbaycanda vərəmli xəstələrin SAYI açıqlanıb


Digərləri 28 Mar 2019 16:27:37 191 0

Azərbaycanda vərəmli xəstələrin SAYI açıqlanıb

Ötən il ərzində Azərbaycanda vərəmli xəstələrin sayı 2017-ci illə müqayisədə 3 faiz azalıb.

Bakı. İlhamə İsabalayeva – Ötən il ərzində Azərbaycanda vərəmli xəstələrin sayı 2017-ci illə müqayisədə 3 faiz azalıb. Trend-in məlumatına görə, aşkar edilmiş xəstələrin aktiv müalicəyə cəlb edilməsi, xəstələrin birinci və ikinci sıra dərmanları ilə tam təmin edilməsi nəticəsində 2018-ci ildə vərəmdən ölüm halları 6,7 faiz azalıb. Son 4 il ərzində Səhiyyə Nazirliyi nəzdində viruslu hepatitlərin diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyaya 9561 nəfər müraciət edib. Onlardan 6622 xəstəyə uzunmüddətli müalicə kursu təyin edilib. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən, dünyada il ərzində 9 milyondan artıq insan vərəm xəstəliyinə tutulur və 1,8 milyon insan həmin xəstəlikdən vəfat edir. Hesablamalara görə, vərəm dünya üzrə ən çox ölümə səbəb olan 10 xəstəlikdən biridir.