"Yeddi oğul istərəm"in "Qəqəni"si orta məktəbi 14 ilə bitiribmiş


Kriminal 28 Mar 2019 16:19:00 311 0

"Yeddi oğul istərəm"in "Qəqəni"si orta məktəbi 14 ilə bitiribmiş

"Yeddi oğul istərəm" fiminin "Qəqəni"si, əməkdar artist Fərhad İsrafilov orta məktəbi on dörd ilə bitiribmiş.

Son.az ölkə.az-a istinadən bildirir ki, aktyor bu maraqlı faktı "Mədəniyyət" kanalında Dilarə Səlim və Salman Qaraçöpün aparıcılığı ilə yayımlanan "Görüş yeri" verilişində səsləndirib. F.İsrafilovun sözlərinə görə, film çəkilərkən o, məktəbli olub və uzun müddət dərsə getmədiyinə görə sinifdə qalıb:

"O məktəbə Azərbaycanın ən tanınmış, mötəbər adamları getdilər. Turabov üç dəfə, iki dəfə Şahmar Ələkbərov direktorun evinə getdi. Maqsud İbrahimbəyov, Tofiq Tağızadə, Yusif Səmədoğlu, Xəyyam Mirzəzadə kimi adamlar da direktordan xahiş etdilər, amma xeyri olmadı, məni sinifdə saxladılar. Doqquzuncu sinifdə iki rüb oxudum, təzədən məni səkkizinci sinfə keçirdilər. Yenə bir il də səkkizinci sinifdə qaldım, ordan gecə məktəbinə getdim. Orta məktəbi 14 ilə bitirdim".