İngilislər UEFA-dan narazıdır: Bakıda London derbisi?


İdman 28 Mar 2019 15:45:00 289 0

İngilislər UEFA-dan narazıdır: Bakıda London derbisi?

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final görüşü üçün favoritlər açıqlanıb.

Goal.azxəbər verir ki, Britaniya mətbuatı ölkəmizdə London derbisini proqnozlaşdırır.

Belə ki, ingilislər ArsenalChelsea-nin həm 1/4 final, həm də yarımfinal səddini keçəcəyini düşünürlər. Püşkün Premyer Liqa klublarını finala qədər üz-üzə gətirməməsi onları ümidləndirən əsas amildir.

Həmçinin ölkə çempionatındakı çıxış da Arsenal-la Chelsea-ni Avropa Liqasına ciddi yanaşmağa vadar edir: Chelsea-nin yolu daha asan görünür. Maurisio Sarrinin komandası həm Slavia-dan, həm də yarımfinaldakı potensial rəqibin hər ikisindən qat-qat güclüdür. Arsenal isə əvvəlcə Napoli-ni, daha sonra isə İspaniya klublarından birini mübarizədən kənarlaşdırmalı olacaq. Üstəlik, həm Chelsea, həm də Arsenal-ın Premyer Liqada ilk "dördlüy"ə düşmək şansı yüksək deyil. Çünki stabil çıxış edən Tottenham və yüksəlişdə olan Manchester United 3-4-cü yerlərə daha yaxın görünür".

"Sky Sports" isə bir az da irəli gedərək, Chelsea -Arsenal finalından əminliyini vurğulayıb. Həmkarlarımız artıq UEFA-nın həlledici oyun üçün ayırdığı bilet sayından narazılıq bildirib. Belə ki, onlar finalçı komandaların azarkeşləri üçün ayrılan ümumilikdə 37 min 500 biletin London təmsilçilərinə yetmədiyini düşünürlər.

Qeyd edək ki, Avropa Liqasında Arsenal - Napoli ilə Villarreal - Valencia cütünün, Benfica - Eintracht-la da Slavia - Chelsea cütünün qalibi yarımfinalda üz-üzə gələcək. 1/4 final matçları 11-18 aprel, yarımfinal görüşləri isə 2-9 may tarixlərində oynanılacaq. (matc.az)