Ombudsman əsirlikdə saxlanılan Elvin İbrahimovla bağlı BQXK-a müraciət ünvanlayıb


Digərləri 28 Mar 2019 16:16:00 346 0

Ombudsman əsirlikdə saxlanılan Elvin İbrahimovla bağlı BQXK-a müraciət ünvanlayıb

Əsirlikdə saxlanılan Elvin İbrahimovun hüquqları Ombudsman Elmira Süleymanovanın diqqətindədir

Bakı. Ombudsman Elmira Süleymanova əsirlikdə saxlanılan Elvin İbrahimovla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinə müraciət ünvanlayıb. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü, Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan və dəfələrlə müalicə almış, II qrup əlil İbrahimov Elvin Arif oğlu anasının dediyinə görə bu ilin mart ayının 15-də evdən işə getmək adı ilə çıxıb, sonradan Qazax rayonunun Ermənistan Respublikasının Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb və hazırda əsirlikdə saxlanılır. Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən mülki şəxslərin girov götürülməsi qadağan olunur və onlar tez bir zamanda mənsub olduğu ölkəyə qaytarılmalıdır.