Prezident İlham Əliyev: Azərbaycan çox güclü sosial siyasət aparır


Digərləri 28 Mar 2019 15:51:12 264 0

Prezident İlham Əliyev: Azərbaycan çox güclü sosial siyasət aparır

Azərbaycan çox güclü sosial siyasət aparır.

Bakı. Azərbaycan çox güclü sosial siyasət aparır. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də keçirilən müşavirədə deyib. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan çox güclü sosial siyasət aparır. Bu siyasət özünü müxtəlif sahələrdə büruzə verir: “Bildiyiniz kimi, bu ilin əvvəlində çox ciddi və böyük sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunur. Deyə bilərəm ki, dünyada belə bir təşəbbüsün bənzəri yoxdur". İlham Əliyev bildirib ki, təbii fəlakət - zəlzələ, daşqın vaxtı hər zaman vətəndaşın yanında ilk olan dövlətdir: "Bu, bizim siyasətimizdir, biz bu siyasətə sadiqik və bunu bütün sahələrdə aparacağıq. Ona görə, baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin