“Diqlas” ticarət mərkəzində baş vermiş yanğın Prezident tərəfindən xüsusi nəzarətə götürülüb


Digərləri 28 Mar 2019 15:52:00 226 0

“Diqlas” ticarət mərkəzində baş vermiş yanğın Prezident tərəfindən xüsusi nəzarətə götürülüb

İstintaq-əməliyyat qrupu yaradılıb.

Bakı. Prezident İlham Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş paytaxtın Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.