Baş redaktora şərti cəza verildi


Digərləri 28 Mar 2019 15:38:59 247 0

Baş redaktora şərti cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Teref.info" saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə iclası prosesi çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Teref.info" saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.İsmayılov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi təyin olunaraq ona şərti cəza verilib.