Yanğından "Zəfər tağı" düzəldənlərin külü və vətəndaşın yanında olan dövlət


Digərləri 28 Mar 2019 15:11:00 210 0

Yanğından "Zəfər tağı" düzəldənlərin külü və vətəndaşın yanında olan dövlət

Son.az bildirir ki, jurnalist Asif Nərimanlı şəxsi bloqunda maraqlı yazı ilə çıxış edib. Həmin yazını təqdim edirik:

Prezident İlham Əliyev "Diqlas" Ticarət Mərkəzində baş verən yanğından zərərçəkən icarədarlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi ilə bağlı tapşırıq verdi. Bu, bir daha göstərdi ki, dövlət vətəndaşın yanındadır, bu dövlətin rəhbəri vətəndaşın probleminin həllini hər şeydən üstün tutur. 

Baş verən yanğında vurğulanmalı bir sıra məqam var idi:

- Zərərçəkmiş vətəndaşların etirazı haqlıdır. Hətta malların sığorta edilməməsi, baş verə biləcək hadisələrə qarşı önləyici tədbirlərin görülməməsi faktı belə zərərçəkmiş hər bir vətəndaşın tələbini kölgədə qoya bilməz, qoymamalıdır. Dövlət başçısı məhz bu amili nəzərə alaraq operativ şəkildə məsələyə müdaxilə etdi.

- Zərərçəkmişlərin problemin həlli üçün Prezidentə müraciət etməsi, "bizi düşdüyümüz vəziyyətdən yalnız dövlət başçısı çıxara bilər, ümidimiz onadır" fikirlərinin səsləndirilməsi təsdiq edir ki, Azərbaycan vətəndaşı dövlət başçısına inanır. Prezidentin zərərçəkmişlərə dəyən ziyanın dövlət tərəfindən ödənilməsi ilə bağlı tapşırığı vətəndaşın inamının səbəbsiz olmadığını bir daha təsdiqlədi.

Dövlət başçısının tapşırığından sonra problem həll olundu: Zərərçəkmişlərin iştirakı ilə xüsusi komissiya yaradılacaq, hadisə yerinə baxış keçiriləndən sonra dəymiş ziyanın məbləği müəyyən ediləcək və dövlət hesabına ödəniləcək. 

Lakin bu prosesdə baş vermiş yanğından siyasi qazanc götürməyə çalışanlar da diqqətdən qaçmadı və siyasi qüvvə olduqlarını iddia edən belə qruplar sanki ticarət mərkəzinin yanıb kül olmasına, yüzlərlə sahibkarın zərər görməsinə sevinirdilər. 

Əli Kərimli yazırdı ki, "hakimiyyət sahibkarları yola verir, onların probleminin həllindən qaçır". Daha sonra o artıq kliniki hala çevrilmiş "19 yanvar mitinqi" tezisini - guya hər şey bu mitinqdən sonra həyata keçirildi - təkrarlayır və guya zərərçəkmiş icarədarların müdafiəsinə qalxır.