Allahşükür Paşazadə Qroznıya gedir


Digərləri 28 Mar 2019 15:18:00 218 0

Allahşükür Paşazadə Qroznıya gedir

Şeyxülislam A.Paşazadə Beynəlxalq Dini Konfransda məruzə ilə çıxış edəcək.

Bakı. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə martın 29-da Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə Qroznı şəhərinə səfərə yola düşür. QMİ-dən Trend-ə verilən məlumata görə, A.Paşazadə Qroznıda Rusiya Qəhrəmanı Əhməd Kadırov adına regional ictimai Fondunun və İslam mədəniyyəti, elm və təhsilə dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən “İslam sülh və mərhəmət carcısıdır” adlı Beynəlxalq dini konfransda iştirak edəcək.