"O, pullarımı əlimdən almaq istəyir" 4cü dəfə


Digərləri 28 Mar 2019 14:50:00 275 0

"O, pullarımı əlimdən almaq istəyir"  4cü dəfə

Dünyaca məşhur aktyor, Hollivud ulduzu, 55 yaşlı amerikalı Nikolas Keyc dördüncü dəfə evlənib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, aktyor ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində yerləşən "Clark County Court House Marriage Licence Bureau"ya 34 yaşlı sevgilisi, vizajist Erika Koyke ilə yollanıb və orada qalmaqal salıb.

Səhər saat 11-də həddən ziyadə sərxoş vəziyyətdə olan Keyc büronun zalında gəzişir və qışqırırdı: "O, bütün pullarımı əlimdən almaq istəyir".

Məlum olub ki, Erika Koykenin sabiq sevgilisi narkotacir olub.

Çaşıb qalmış Erika deyirdi: "Mən ona demədim ki, mənimlə evlənsin". O, reportyorları görəndə Nikolas Keyci çəkib aparmaq istəyib.


Xəbərə aid fotolar