Maaşlar yenə artırılır


Digərləri 28 Mar 2019 14:32:01 207 0

Maaşlar yenə artırılır

Azərbaycanda əməkhaqlarının yenidən artırılması həyata keçiriləcək.

Son.az xəbər verir ki, bunu yap.org.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib. O bildirib ki, minimum, orta aylıq əmək haqları, pensiyalar artacaq, yeni iş yerləri açılacaq, bütün bunlar əhalinin sosial rifah halının güclənməsinə, ölkəmizi sosial rifah dövlətinə gətirib çıxaracaq.

"2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub. 2019-cu ilin ilk iki ayında sosial sahədə atılan addımlar heç də təsadüfi, hər hansı impulsiv qərar deyil. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Son imzalanan sərəncamlar da bir və ya iki ayın işi deyil, onların üzərində aylardır ki, iş gedib.