Neftçilər sosial evlərin verilməsi ilə bağlı güzəştli kateqoriyaya daxil edilir?


Digərləri 28 Mar 2019 14:32:30 230 0

Neftçilər sosial evlərin verilməsi ilə bağlı güzəştli kateqoriyaya daxil edilir?

Nazirlər Kabineti sosial evlərin verilməsi ilə bağlı müəyyən edilmiş güzəştli kateqoriya siyahısına neftçilərin daxil edilməsi ilə bağlı təklifə münasibət bildirib.

Bakı. İlhamə İsabalayeva - Nazirlər Kabineti sosial evlərin verilməsi ilə bağlı müəyyən edilmiş güzəştli kateqoriya siyahısına neftçilərin daxil edilməsi ilə bağlı təklifə münasibət bildirib. Trend-in məlumatına görə, Nazirlər Kabineti bildirib ki, güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı kateqoriya müəyyən edilərkən əsas amil olaraq, aztəminatlı ailələrin mənzil-məişət şəraitinin və sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Eyni zamanda, güzəştli kateqoriyaların dairəsinin genişləndirilməsi ipoteka kreditləşməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin artırılmasını zəruri edir. Belə ki, 2018-ci ildə güzəştli ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılmasına baxmayaraq, hazırda bu növ ipoteka kreditlərindən faydalanmaq üçün 186 milyon manatdan artıq məbləğdə müraciətlər daxil olub: